İspaniyada qatar qəzası nəticəsində ölənlərin sayı 60-a çatıb

İspaniyada qatar qəzası nəticəsində ölənlərin sayı 60-a çatıb
# 25 iyul 2013 02:50 (UTC +04:00)

Bakı-APA. İspaniyanın şimal-qərbində baş vermiş qatar qəzasında ölənlərin sayı 60 nəfərə çatıb. Bu barədə İspaniyanın El Pais qəzeti məlumat yayıb.

Hadisə nəticəsində daha 200 nəfər xəsarət alıb. Qəza Santyaqo-de-Kompostela şəhəri ərazisində baş verib. Yerli KİV-in məlumatına görə, qatar sərt döngəni dönə bilməyib. Yerli sakinlər isə qəzadan əvvəl partlayış səsi eşitdiklərini deyib.

Bütün vaqonlar reysdən çıxıb, sonuncu vaqon isə tamamilə dağılıb. Qatarda 240-a yaxın sərnişin olub. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyirlər. Ərazidə qatarların hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR