Qubada yaşayış evində partlayış baş verib, ər və arvad xəsarət alıb

Qubada yaşayış evində partlayış baş verib, ər və arvad xəsarət alıb
# 02 yanvar 2014 09:25 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhəri, Sahil küçəsi, ev 4-də qeydə alınıb.

Yaşayış evinin mətbəxində baş verən partlayış nəticəsində iki nəfər - Mayıl Paşayev və onun həyat yoldaşı Zümrüd Paşayeva müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR