MSK-nın “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə 5 minə yaxın müraciət daxil olub

MSK-nın “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə 5 minə yaxın müraciət daxil olub
# 30 sentyabr 2013 08:02 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Bu günədək Mərkəzi Seçki Komissiyasının “SEÇKİLƏR” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə seçicilər tərəfindən 5 minə yaxın müraciət daxil olub”. APA-nın məlumatına görə, bunu MSK Katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmədov dairə seçki komissiyalarındakı informasiya texnologiyaları mütəxəssisləri üçün keçirilən treninqdə bildirib. O deyib ki, ümumilikdə quruma 4914 müraciət daxil olub ki, bunlardan 4560-ı araşdırılıb, 355-i isə anonim olduğuna görə araşdırıla bilinməyib.

R. Gülməmmədov əlavə edib ki, bu il 125 seçki dairəsinin hamısına optik xətt çəkilib və MSK ilə lokal şəbəkədə birləşdirilib. Bu şəbəkənin geniş imkanlarından istifadə edərək məlumatların daha operativ, intensiv və təhlükəsiz mübadiləsi, toplanması, saxlanılması və ictimailəşdirilməsi üçün “SEÇKİLƏR” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı da yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR