Azərbaycanın qeyri-neft sektorunda istehsalın artımı 3%-ə yaxınlaşıb

Azərbaycanın qeyri-neft sektorunda istehsalın artımı 3%-ə yaxınlaşıb
# 12 sentyabr 2013 10:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında ölkənin sənaye sahələrində 22,5 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,8%-lik, neft sektorunda isə 0,1%-lik artım müşahidə olunub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsalın ¾ hissəsi mədənçıxarma, 19,8%-i emal, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Bu ilin 8 ayı ərzində 29,1 mln. ton neft, 11,7 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatları, ayaqqabı, poliqrafiya, kimya, tikinti materialları, metallurgiya, kompyuter və elektron avadanlıqları, avtomobil və qoşqular, s. nəqliyyat vasitələri, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR