Ekologiya və Təbii Sərvətlər Nazirliyi 28 min manatdan çox cərimə tətbiq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 28 min manatdan çox cərimə tətbiq edib
# 05 may 2014 16:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-30 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 179 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 82 müddətli “məcburi göstəriş” verilib.


Ümumilikdə 24 iş üzrə 28 730 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 1293,37 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 145 iş üzrə 17 165 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına 6, məhkəmələrə isə 3 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR