Bank Of Baku

Türkiyənin milli müdafiə naziri Ankaranın Suriyadan qoşunları çıxarması üçün şərti açıqlayıb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər

© APA | Türkiyənin milli müdafiə naziri Yaşar Gülər

# 01 iyun 2024 18:38 (UTC +04:00)

“Suriya rejimi ilə danışıqlar ancaq İran, Türkiyə, Suriya və Rusiyadan ibarət dördtərəfli qrup şəklində aparılır. Məqsədimiz BMT Təhlükəsizlik Şurasının qərarı əsasında Suriyada siyasi həllə nail olmaqdır”.

APA Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

“Biz Konstitusiyanın qəbulunu, azad seçkiləri, hərtərəfli normallaşmanı və təhlükəsizlik mühitinin təmin edilməsini dəstəkləməyə hazırıq” – Yaşar Gülər əlavə edib.

O qeyd edib ki, bunlar tamamlandıqda və Türkiyə sərhədlərinin təhlükəsizliyi təmin olunarsa, Ankara Suriyadan qoşunların çıxarılması məsələsini nəzərdən keçirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR