Bank Of Baku

Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb

Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb
# 01 iyun 2024 14:42 (UTC +04:00)

Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatların birindən xırdabuynuzlu heyvanlar oğurlayan Qismət Şamilov və Surəddin Adıgözəlov saxlanılıblar.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin 7 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkənə 1850 manat ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, Q.Şamilov və S.Adıgözəlov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR