Azərbaycanda yerli icra hakimiyyəti orqanları da “Elektron hökumət” portalına qoşulub

Azərbaycanda yerli icra hakimiyyəti orqanları da “Elektron hökumət” portalına qoşulub
# 27 sentyabr 2013 10:00 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda yerli icra hakimiyyəti orqanları da “Elektron hökumət” portalına qoşulub.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Ə.Abbasov qeyd edib ki, hazırda bütün icra hakimiyyəti orqanları “Elektron hökumət” portalına qoşulub. Ümumiyyətlə, portala qoşulma və bundan istifadə halları artmaqdadır.

Onun sözlərinə görə, bu ilin 8 ayı ərzində Azərbaycanda “Elektron hökumət” portalından 300 mindən çox elektron xidmət alınıb. Bunun təxmini alınma vaxtı 4-5 dəqiqə çəkib. Bu rəqəmlər tədricən artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR