Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 13 may 2013 06:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,35 dollar və ya 0,4% azalaraq 1 barelə görə 96,04 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, mayın 10-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,56 dollar və ya 0,6% azalaraq 103,91 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR