Məhkum təcridxanaya ağzında narkotik vasitə keçirmək istəyib

Məhkum təcridxanaya ağzında narkotik vasitə keçirmək istəyib
# 08 noyabr 2013 11:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şahin Səhrab oğlu Rüstəmlinin zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilib. Bu zaman ağzında gizlətdiyi 1 ədəd şəffaf sellofan bükülüdə 3.0 qram narkotik vasitə “tiryək” aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR