Misirdə toqquşmalar nəticəsində 4 nəfər ölüb

Misirdə toqquşmalar nəticəsində 4 nəfər ölüb
# 07 mart 2014 18:37 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, fəaliyyəti qadağan olunmuş “Müsəlman qardaşları” hərəkatının üzvləri ilə polis arasında ən şiddətli toqquşmalar Qahirədə olub.

Burada 3 nəfər, daha 1 nəfər isə Əbu-Kabir şəhərində ölüb.

Xatırladaq ki, ötən il dekabrın 25-də Misir hökuməti rəsmi olaraq “Müsəlman qardaşları” hərəkatını terror təşkilatı elan edib.

2013-cü iyulunda hərbçilər tərəfindən devrilmiş Məhəmməd Mursinin tərəfdarları hər həftə, cümə namazından sonra kütləvi aksiyalar keçirir və liderlərini dövlət başçısı postuna qaytarmağı tələb edirlər. Nəticədə toqquşma və iğtişaşlar zamanı yüzlərlə insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR