Azərbaycanın xarici işlər naziri Şri Lanka prezidenti ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Şri Lanka prezidenti ilə görüşüb  - <span style="color: red;">FOTO
# 07 may 2013 07:39 (UTC +04:00)

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şri Lanka prezidenti Azərbaycan nümayəndə heyətini salamlayaraq iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərdən məmnunluq ifadə edib. O, iki ölkə arasında iqtisadi, enerji, turizm, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial olduğunu və bu səfərin münasibətlərin inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

E. Məmmədyarov iki ölkə arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini bildirib. Nazir ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyac olduğunu söyləyib. Şri Lankanın müharibədən sonrakı dinamik inkişafını təqdir edən nazir, Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkərək Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıldığını vurğulayıb.

Şri Lanka prezidenti Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi olduğunu, xüsusən də enerji sahəsində geniş təcrübəsini nəzərə alaraq, bu istiqamətdə, həmçinin, turizm sahəsində əməkdaşlığın genişləndirilməsini arzu etdiklərini söyləyib. E. Məmmədyarov isə həmkarı ilə görüşə istinadən iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun təşkili barədə razılıq əldə edildiyini qarşı tərəfin nəzərinə çatdırıb.

Görüşün sonunda Şri Lanka prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR