Mərkəzi Afrika Respublikasında baş verən qarşıdurmalarda 300-dən artıq adam ölüb

Mərkəzi Afrika Respublikasında baş verən qarşıdurmalarda 300-dən artıq adam ölüb
# 07 dekabr 2013 16:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Mərkəzi Afrika Respublikasında iki gündür davam edən qarşıdurmalarda 300-dən artıq adam ölüb. APA-nın məlumatına görə, Qızıl Xaç Komitəsi ölkə paytaxtı Banguidə cəsədlərin toplanması fəaliyyətlərinə ara verildiyini, sabah işlərə yenidən başlanacağını bəyan edib.

Toplu qətllərin və dini zəmində baş verən qarşıdurmaların şiddətlənməsi ilə əlaqədar olaraq BMT nəzdində bu ölkədə yerləşən yüzlərlə fransız əsgəri Banguidə asayişi təmin etməyə çalışır.

Fransız ordusunun sözçüsü Gilles Jaron hava limanı yaxınlığında mülki şəxslərə və fransız əsgərlərinə atəş açan silahlıları zərərsizləşdirdiklərini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR