Balakəndə “Azərbaycan folkloru bizim milli mənəvi zənginliyimizdir” mövzusunda dəyirmi masa keçirilib

Balakəndə “Azərbaycan folkloru bizim milli mənəvi zənginliyimizdir” mövzusunda dəyirmi masa keçirilib
# 01 may 2014 17:39 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə “Azərbaycan folkloru bizim milli mənəvi zənginliyimizdir” mövzusunda dəyirmi masa keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə nazirliyin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyası Folklor Institutunun əməkdaşları, Balakən və ətraf rayonların mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak edib.

"Dəyirmi masa"nı Balakən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ruqiyyə Seyidova açaraq Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonunun ölkəmizin folklor paytaxtı elan olunması münasibəti ilə bir daha təbrik edib, bu qədim diyarın tarix və mədəniyyət nümunələrinin zənginliyindən danışıb. Daha sonra Folklor Paytaxtı elan olunması ilə bağlı il ərzində görüləcək işlər barədə məlumat verilib.

AMEA-nın Folklor Institutunun direktoru Muxtar İmanov dəyirmi masa iştirakçılarına Azərbaycan folklorunun milli mənəvi zənginliyindən, bu günə qədər yaşadılmasından və gələcək nəsillərin bu dəyərləri necə qoruyub saxlamaları barədə geniş məruzə ilə çıxış edib. Tədbirdə həmçinin AMEA-nın Folklor Institutunun Mərasim folklor şöbəsinin elmi işçisi Atəş Əhmədli, Mədəniyyətşunaslıq üzrə Elmi-metodiki Mərkəzin direktoru Vilayət İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyası Folklor Institutunun Azsaylı Xalqlar bölməsinin müdiri Ləman Süleymanova çıxış ediblər. Dəyirmi masadan sonra tədbirin bədii hissəsində rayonun folklor kollektivlərinin ifasında mahnılar və rəqslər ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR