Nazranda baş vermiş atışma nəticəsində 3 nəfər ölüb

Nazranda baş vermiş atışma nəticəsində 3 nəfər ölüb
# 26 oktyabr 2013 19:43 (UTC +04:00)

Bakı-APA. Bu İnquşetiyanın paytaxtı Nazran şəhərində baş vermiş atışma nəticəsində 3 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiyanın İstintaq İdarəsindən bildirilib.

Məlumata görə, oktyabrın 26-da Nazran şəhərinin Mütəliyev küçəsində yerləşən “Parfümer” dükanının qarşısında naməlum şəxslər 5,45 və 9 mm kalibrli odlu silahdan 28 yaşlı İlez Auşevə, 25 yaşlı Camaleyl Auşevə və 40 yaşlı Patimat Auşevaya çoxsaylı atəş açıblar. Aldıqları güllə yaralarından qeyd olunan şəxslər hadisə yerində keçiniblər.

Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR