ABŞ Suriya müxalifətinə 15 mln. dollar ayırıb

ABŞ Suriya müxalifətinə 15 mln. dollar ayırıb
# 13 avqust 2013 04:21 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriya müxalifətinin Beynəlxalq yardım fonduna 15 mln. dollar köçürüb. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Obama administrasiyası Konqresi bilgiləndirib ki, bu vəsait üsyançıların ələ keçirdiyi ərazilərdə idarəetmə strukturlarının yaradılmasına, dağıdılmış infrastrukturun bərpasına, habelə ərzaq və ilkin tələbat mallarının alınmasına xərclənəcək.

Qeyd edək ki, Suriya müxalifətinin Beynəlxalq yardım fondu Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlər tərəfindən təsis olunub.

Assosiated Press-in məlumatına görə, Suriya müxalifətinə yardım fondunun maliyyəsi 130 mln. dollardan çox olacaq. Bu pullar mülki layihələrə və humanitar məqsədlərə xərclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR