ABŞ İrana “Boeing” mühərriklərinin satılmasına mane olmağa çalışır

ABŞ İrana “Boeing” mühərriklərinin satılmasına mane olmağa çalışır
# 07 yanvar 2014 16:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Ticarət Nazirliyi Türkiyə şirkətinin İrana “Boeing” təyyarəsinə aid iki mühərrik satmasına mane olmaq üçün təcili qərar çıxarıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran tərəfindən həmin mühərriklərin “Pouya” Hava Yolları Şirkəti tərəfindən alındığı, Türkiyə şirkətinin isə “3K Aviasiya və Lojistika” şirkəti olduğu bildirilir.

Türkiyə şirkətinin icraçı direktoru Engin Borluca deyib ki, ABŞ-ın qadağalarının bu ölkənin xaricində həyata keçirilən ticarət mübadilələrini də əhatə etdiyini bilmir: “Hazırda məsələni həll etməyə çalışırıq. Biz həmin mühərrikləri göndərən şirkətə qaytarmaq üçün səy göstəririk. Çünki bizim şirkətimiz logistika və müxtəlif malların gömrükdən çıxarılması sahəsində fəaliyyət göstərir. Mühərriklərin satışı ilə əlaqəmiz yoxdur. ABŞ Ticarət Nazirliyinin qərarı işimizə ağır zərbə vuracaq”.

Xatırladaq ki, İranla Qərb ölkələri arasında əldə olunmuş nüvə razılaşmasında təyyarələrin ehtiyat hissələrinin satışına qadağanın da aradan qaldırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR