Astarada yetkinlik yaşına çatmayan şəxs həmkəndlisini bıçaqlayıb

Astarada yetkinlik yaşına çatmayan şəxs həmkəndlisini bıçaqlayıb
# 10 iyun 2014 14:37 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, yetkinlik yaşına çatmayan Məhəbbət Fikrət oğlu Həmdəmov üzərində gəzdirdiyi bıçaqla özündən yaşca böyük olan həmkəndlisi Ümid Bəhlul oglu Əlizadəyə bir zərbə endirərək ona ağır bədən xəsarəti yetirib, daha sonra hadisə yerindən qaçıb. Mədəsindən yaralanan Ü.Əlizadə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb. Polis hadisəni törətmiş Məhəbbət Həmidovun yaxalanması istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR