Milli Şuranın sessiyası keçirilir

Milli Şuranın sessiyası keçirilir
# 03 dekabr 2013 13:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şuranın sessiyası başlayıb.

APA-nın verdiyi məlumata görə, Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənli bildirib ki, sessiyanın gündəliyinə Rüstəm İbrahimbəyovun istefa məktubu, Milli Şuranın fəaliyyət istiqamətləri və Əsasnaməyə dəyişikliklərin müzakirəsi, qiymət artımı, siyasi məhbuslar və Ukrayna hadisələri ilə bağlı bəyanatların qəbul olunması daxil edilib.

Cəmil Həsənli sessiyada Milli Şuranın Koordinasiya Şurası adlı qurumun yaradılması məsələsinin də müzakirə olunacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR