Bakıda türk dünyası gənc yazıçı və şairlərinin toplantısı keçiriləcək

Bakıda türk dünyası gənc yazıçı və şairlərinin toplantısı keçiriləcək
# 29 iyun 2013 21:17 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. İyulun 1-dən 4-dək Bakıda türk dünyası gənc yazıçı və şairlərinin toplantısı keçiriləcək. APA-nın məlumatına görə, tədbirin açılış mərasimi iyulun 1-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Dünya Gənc Türk Yazarlar Birliyi-15: mükafatlandırma mərasimi və türk dünyası şeir axşamı” adı altında həyata keçiriləcək.

Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Saxa, Çuvaşıstan, Krım, həmçinin, Almaniya, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Başqırdıstan Respublikasından, Moldovanın Qaqauz Yeri məkanından gəlmiş ədiblər iştirak edəcək.

Toplantı çərçivəsində yazarların bir sıra görüşlər keçirəcəkləri və tədbirlərdə iştirak edəcəkləri nəzərdə tutulub.

Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin “Türk dünyası gənc yazarlarının Bakı toplantısı” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR