AXCP-nin yerləşdiyi binanın zirzəmisində partlayış olub - YENİLƏNİB

AXCP-nin yerləşdiyi binanın zirzəmisində partlayış olub - <span style="color: red;">YENİLƏNİB
# 03 mart 2014 07:56 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bildirib.

O qeyd edib ki, partlayış baş verən zaman qərargahda iki nəfər partiya üzvü olub: “Hadisə binanın zirzəmisində yerləşən bərbərxanada qeydə alınıb. Partlayışın təsirindən qərargahın iclas zalına yüngül ziyan dəyib. Partlayış baş verən zaman qərargahda partiyanın gənclər komitəsinin iki üzvü olub, onlardan heç biri xəsarət almayıb”.

***

09:40

Bakı - APA. Bakı şəhəri Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv. m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib.

APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv. m sahədə uçub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, partlayış baş verən bərbərxana AXCP-nin qərargahı olan binada yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR