Azərbaycanlı alimlər Qazaxıstanda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər

Azərbaycanlı alimlər Qazaxıstanda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər
# 16 sentyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Qazaxıstanın Almatı şəhərində “XII əsr Qazaxıstanda İslam elmi və mədəniyyətinin tərəqqisi” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 25-26-da keçiriləcək tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva və AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin böyük elmi işçisi Səbinə Nemətzadə də iştirak edəcək. Qazaxıstanın Elm və Təhsil Nazirliyi, Ali Təhsil Müəssisələri Assosiasiyası, R. Süleymanov adına Şərqşünaslıq İnstitutu və Turan Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə N. Əliyeva “Orta əsr Azərbaycan alimlərinin Yaxın və Orta Şərq alimləri ilə qarşılıqlı elmi əlaqələri”, S. Nemətzadə isə “Türk-İslam incəsənətinin mücəssəməsi kimi - bədii tərtibatlı və illüstrasiyalı əlyazma kitabları” mövzusunda məruzələrlə çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR