Azərbaycan ərazisində hava kənd təsərrüfatı üçün əlverişli olacaq

Azərbaycan ərazisində hava kənd təsərrüfatı üçün əlverişli olacaq
# 18 iyun 2013 10:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yaxın günlərdə respublikanın rayonlarında temperatur rejiminin bir qədər enməsi, bir çox yerlərdə yağışlı hava şəraitinin hökm sürəcəyi və küləyin arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, temperatur rejimi kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması, çəyirdəkli meyvələrin yetişməsi üçün əlverişli olacaq.

Yağışlı hava şəraiti payızlıq dənli bitkilərdə məhsulun yığım şəraitinə və digər əkinlərində, bağlarda aqrotexniki işlərin aparılmasında mühüm çətinliklər yaratmayacaq.

Yalnız küləyin güclənməsi torpaqda olan məhsuldar rütubət ehtiyatının azalmasına səbəb olacaq və əkinlərin suvarılmasına ehtiyac yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR