Yasir Ərəfatın həyat yoldaşı ərinin şorbadan zəhərləndiyini iddia edib

Yasir Ərəfatın həyat yoldaşı ərinin şorbadan zəhərləndiyini iddia edib
# 18 noyabr 2013 20:22 (UTC +04:00)

Bakı-APA. Fələstin milli administrasiyasının qurucusu Yasir Ərəfatın həyat yoldaşı Suha Ərəfat ərinin şorbadan zəhərləndiyini iddia edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu S.Ərəfat Misirin “Dream” telekanalına müsahibəsində deyib.

“”Zəhər şorbada olub. Yasir şorbanın dadına baxan kimi qəflətən yerindən durdu, sanki onu elektrik cərəyan vurdu. O qaşığı stola atdı və tələsik hamam otağına yollandı”, - deyə o vurğulayıb.

S.Ərəfat ərinin yaxın çevrədən olan bir nəfər tərəfindən zəhərləndiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR