Bakı. Cavid Zeynalov - APA. Noyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
APA-nın məlumatına görə, builki konfransın əsas mövzusu “Multikulturalizm və ümumbəşəri dəyərlər sistemində teatrın yeri” adlanır.
Noyabrın 4-də və 7-də teatr sənətinin müxtəlif sahələri üzrə ustad dərslərinin, seminarların və treninqlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçiriləcək.