Bakıda mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb
# 09 yanvar 2014 14:55 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi Məhəmməd Hadi küçəsi-41, mənzil-3-də qeydə alınıb.

Həmin ünvanda yaşayan Aslan Sadıqov yanvarın 9-da 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 31-dən yanvarın 4-ə qədər evdə olmadığı müddətdə açar seçmə yolu ilə naməlum şəxslər evə daxil olaraq 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hazırda polis oğurluq hadisəsini törədən şəxslərin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR