“Qürur Gənclər Düşərgəsi” keçiriləcək

“Qürur Gənclər Düşərgəsi” keçiriləcək
# 16 oktyabr 2013 09:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən bu ilin noyabr ayında “Qürur Gənclər Düşərgəsi” keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 15-18 yaşlı gənclərin iştirak edəcəyi düşərgədə təlim və əyləncə tədbirləri təşkil olunacaq. Təlim zamanı beyin həmləsi, qrup müzakirələri, rol oyunları, intellektual oyunlar, təqdimatlar və s. kimi interaktiv metodlardan istifadə olunacaq.

Təlimlər “Azərbaycan, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı, dövlət atributları”, “Silahlı münaqişələr və Azərbaycanın ərazi bütovlüyü”, “Vətənpərvərlik ruhunun tərbiyəsi və bu sahədə gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərin iştirakı və liderlik”, “Sosial şəbəkələrdən istifadə, Virtual aləmdə Azərbaycan reallıqlarının təbliği və gənclər arasında vətənpərvərlik aksiyalarında həmrəyliyin artırılması”, “Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzularını əhatə edəcək.

Düşərgədə iştirak etmək istəyən gənclər anket formasını doldurub “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin e-mail ünvanına ([email protected]) göndərməlidirlər.

Qeyd edək ki, layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərdə milli vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənpərvərlik hissinin aşılanması və Azərbaycan haqqında biliklərinin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR