“Dağlıq Qarabağda narkotrafika” adlı xüsusi kitabça hazırlanıb  - FOTO

“Dağlıq Qarabağda narkotrafika” adlı xüsusi kitabça hazırlanıb  - <span style="color: red;">FOTO
# 23 avqust 2013 08:23 (UTC +04:00)

Bu barədə APA-ya Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin mətbuat xidmətindən məlumat verilib.

Kitabçanın hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyətin diqqətini bir daha bu məsələyə yönəltməklə, Dağlıq Qarabağı bu gün işğal altında saxlayan qüvvələrin bu istiqamətdə qanunsuz fəaliyyətlərinin nəinki regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, eyni zamanda böyük dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla regional əməkdaşlığın inkişafına mənfi təsir göstərdiyini diqqətə çatdırmaqdan ibarətdir.

Rus və ingilis dillərində çap olunmuş kitabçanın ölkəmizdə akkreditə olunmuş ölkələrin səfirliklərinə, beynəlxalq təşkilatlara, habelə Xarici İşlər Nazirliyi vasitəsi ilə Azərbaycanın digər dövlətlərdə səfirliklərinin köməyi ilə dünya birliyinə, beynəlxalq ictimaiyyətə çatdırılması nəzərdə tutulub.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi bu prosesin ilkin addım olduğunu bildirərək, növbəti mərhələlərdə toplanmış məlumatların əsasında regionu əhatə edəcək bir hesabatın hazırlanmasını nəzərdə tutur: “Daha sonra isə növbəti ilin əvvəllərində artıq 2013-cü il üzrə dünyada narkotiklərə dair hazırlanacaq İllik Hesabatda bunun yer almasına çalışacağıq. Hesab edirik ki, bu fəaliyyətimiz BMT, onun bu sahədə məşğul olan strukturları çərçivəsində Dağlıq Qarabağda bu kimi qanunsuz fəaliyyətə son qoyulmasını nəzərdə tutan xüsusi bir qətnamənin hazırlanması məsələsinin gündəmə gətirilməsinə şərait yarada bilər.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi Dağlıq Qarabağda qeyri-qanuni istehsal olunan narkotiklərin region ölkələrinin inkişafına və insanların həyatına, bütövlükdə dünya birliyinə yaratdığı təhlükəni bioloji terror hesab edir və bunun qarşısını almaq üçün daha qəti addımlar atmağa səsləyir”.

Qeyd olunub ki, bu gün narkotiklərin qeyri-qanuni dövriyyəsi, eləcə də narkomanlıqla mübarizə istiqamətində ölkədə müxtəlif istiqamətli fəaliyyətlər həyata keçirilir. Bu fəaliyyətlər sırasında hüquq-mühafizə orqanlarının əməliyyat tədbirləri ilə yanaşı, cinayət məsuliyyətinə cəlb olunan bu işlə məşğul insanların ifşa olunması prosesi də uğurla həyata keçirilir: “Lakin, bütün bu tədbirlərlə yanaşı, bir çox istiqamətli aktual problemlər hələ də öz həllini tapmayıb. Dünya üzrə narkotiklərin 90%-i Əfqanıstanda istehsal olunaraq Rusiya-Avropa qara bazarlarına daşınmaqdadır. Azərbaycanın coğrafi cəhətdən Əfqanıstandan daşınan narkotiklərin tranziti yolunun üzərində yerləşməsi ilə bağlı yaranan təhlükələr, eyni zamanda narkotiklərin Cənubi Qafqazın daha çox münaqişəli ərazilərindən keçirilməsi cəhdləri ilə bağlı məlumatların artıq öz təsdiqini tapması sözsüz ki, Azərbaycanı narahat etməyə bilməz. Müxtəlif mənbələrin məlumatlarına görə narkotiklərin Rusiya və Avropaya Azərbaycanın ayrılmaz ərazisi olan Dağlıq Qarabağın üzərindən (Faktiki olaraq işğalda olan) daşınması faktları mövcuddur. Hələ keçən ay Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının uğurlu əməliyyat tədbirləri nəticəsində ifşa olunmuş cinayətkar dəstənin ilkin ifadələrindən də bir daha sübut olunub ki, Dağlıq Qarabağ ərazisindən nəinki narkotiklər cənubdan şimala daşınır, eyni zamanda qanunsuz becərilərək kimyəvi narkotiklərə çevrilməsi prosesi də həyata keçirilir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR