Azərbaycan QDİƏT-in Ermənistanda keçiriləcək iclasında iştirak edəcək - VİDEO

Azərbaycan QDİƏT-in Ermənistanda keçiriləcək iclasında iştirak edəcək - <span style="color: red;">VİDEO
# 09 dekabr 2013 08:47 (UTC +04:00)

Azərbaycan XİN-in mətbuat xidmətini rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, Azərbaycanı toplantıda XİN-in iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Şövqi Mehdizadə təmsil edəcək.

İclas iştirakçıları QDİƏT çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Qurumda sədrlik Ermənistandan Bolqarıstana keçəcək. Əslində sədrlik Azərbaycan keçməli idi, lakin Azərbaycan tərəfi gələn il başqa beynəlxalq qurumlarda sədrliyi qəbul edəcəyi üçün QDİƏT-də sədrlik növbəsini Bolqarıstana verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR