Bakıda riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək

Bakıda riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək
# 23 may 2013 12:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 29-31-də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Riyaziyyat və İnformatikanın Aktual Problemləri beynəlxalq konfransı keçiriləcək.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, konfrans 2013-cü ilin Azərbaycanda «İKT ili» elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq təşkil edilir.

Konfransın işi «Riyaziyyat» və «İnformatika» bölmələri üzrə təşkil ediləcək. Bölmə iclaslarında «Riyaziyyat» üzrə «Funksional analiz», «Operatorların spektral nəzəriyyəsi», «Approksimasiya nəzəriyyəsi», «Diferensial tənliklər», «Harmonik analiz və funksiyalar nəzəriyyəsi», «Qeyri-səlis nəzəriyyə», «Ehtimal nəzəriyyəsi və riyazi statistika», «İdarəetmə nəzəriyyəsi» müzakirə ediləcək.

«İnformatika» bölməsi üzrə mövzulara isə «Süni neyron şəbəkələr, Qeyri-səlis sistemlər», «Kompüter şəbəkələri və sistemləri», «Qərar qəbuletmə sistemləri», «Obrazların tanınması», «Təbii dillərdə yazılmış mətnlərin işlənməsi», «Proqram təminatının hazırlanması», «İnternet proqramları və veb-xidmət», «İnformasiya təhlükəsizliyi», «İnformasiya texnologiyaları və kompüter təhsili» və «Nanotexnologiya» daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR