Sabah İsa Qəmbər Əli Kərimli ilə görüşəcək

Sabah İsa Qəmbər Əli Kərimli ilə görüşəcək
# 12 dekabr 2013 10:26 (UTC +04:00)

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, sabah günün ikinci yarısında AXCP qərargahında keçiriləcək görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Məclis sədri Arzu Səmədbəyli və başqan müavinlərinin iştirakı nəzərdə tutulub.

Qarşı tərəfdən isə görüşdə AXCP sədri Əli Kərimli, partiya Ali Məclisinin sədri Həsən Kərimov və sədr müavinləri iştirak edəcəklər.

Qeyd edək ki, Milli Şuranın son sessiyasında Rüstəm İbrahimbəyovun qurumun fəxri sədri seçilməsi ilə bağlı təklifin müəllifi Əli Kərimli olub. İsa Qəmbər sessiyadakı çıxışında Rüstəm İbrahimbəyovun fəxri sədri olduğu qurumda Müsavat Partiyasının qalmasının məqbul olmadığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR