Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,1% enib
# 10 may 2013 06:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 083 bəndədək, S&P 500 0,4% - 1 627 bəndədək, Nasdaq 0,1% - 3 409 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi əsasən texniki səbəblərlə bağlı olub. Belə ki, əmək bazarındakı müsbət statistika makroiqtisadi fona müsbət təsir etsə də, həmçinin təklif tələbatı üstələdəyinə görə, son günlər tarixi maksimumlarını yeniləyən indekslər müəyyən dərəcədə geriləyib.

Avropa fond bazarlarında mayın 9-da FTSE 100 indeksi 0,1% - 6 593 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 263 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,7% - 3 929 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 460,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3046 (+0,02%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR