Türkiyənin xarici işlər naziri gələn həftə İrana səfər edəcək

Türkiyənin xarici işlər naziri gələn həftə İrana səfər edəcək
# 21 noyabr 2013 09:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu noyabrın 25-də İrana səfər edəcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Ə.Davudoğlu bildirib ki, səfər çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi başda olmaqla, mühüm regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri həmçinin deyib ki, Cenevrədə İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələri prosesini də iranlı həmkarı ilə görüşündə dəyərləndirəcək.

Qeyd edək ki, noyabrın 24-26-da Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclası keçiriləcək. Ə.Davudoğlunun həmin toplantıda iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR