Meksikada şəhər meri polislərin gözü qarşısında intihar edib

Meksikada şəhər meri polislərin gözü qarşısında intihar edib
# 01 oktyabr 2013 16:33 (UTC +04:00)

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, 59 yaşlı F.Karlos tapançanı ağzına dayayaraq atəş açıb.

O, həmin gün meriyanın binasında polislərlə görüşürmüş. Görüş zamanı mer polislərdən tabel silahını göstərməyi xahiş edib. Daha sonra o, tapançalardan birini götürərək özünü güllələyib.

Sentyabrın 15-də mer vəzifəsində fəaliyyətə başlayan F.Karlosun 7-24 yaşlı beş uşağı qalıb. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR