Rabitə və informasiya texnologiyaları naziri İsmayıllıda vətəndaşlarla görüş keçirəcək

Rabitə və informasiya texnologiyaları naziri İsmayıllıda vətəndaşlarla görüş keçirəcək
# 08 iyul 2013 15:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iyulun 23-də İsmayıllı rayonunda (İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan, Ağdaş rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.

APA-Economics”in xəbərinə görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Görüşdə iştirak etmək istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaq xahiş olunur.

Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR