Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar sıra baxışı keçirilib

Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar sıra baxışı keçirilib
# 28 noyabr 2013 13:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Noyabrın 28-də Çevik Polis Alayında (ÇPA) daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir namizədlərin düzüldüyü ayrı-ayrı cərgələri gəzib, onların zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti ilə maraqlanıb. Tələb olunan parametrlərə uyğun gəlməyən 37 nəfər xidmətə yararsız hesab edildiyindən sıra baxışından kənarlaşdırılıb.

Daxili işlər naziri ümumən namizədlərin hazırlıq səviyyəsindən razı qalıb, bəzi iradlarını bildirib, tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR