Xarkovda iğtişaşlar zamanı xəsarət alanların sayı 110 nəfəri ötüb

Xarkovda iğtişaşlar zamanı xəsarət alanların sayı 110 nəfəri ötüb
# 01 mart 2014 22:29 (UTC +04:00)

Baku-APA. Xarkov vilayət administrasiyası binasının ətrafında və daxilində xəsarət alanların sayı 111-ə çatıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin meri Gennadi Kernes bildirib.

“Yaralıların əksəriyyəti kəllə-beyin travması, göz xəsarətləri və travmatik silahdan xəsarətlər alıb. Yaralılardan birinin vəziyyəti ağırdır”, deyə mer bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR