Bakıda “Rusiya-Azərbaycan: qəlbən dostluğun sönməz alovu” adlı fotosərgi açılıb - FOTO - APA TV

Bakıda “Rusiya-Azərbaycan: qəlbən dostluğun sönməz alovu” adlı fotosərgi açılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 13 avqust 2013 10:40 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan və Rusiya xalqları arasında mövcud olan mədəni-tarixi əlaqələrə həsr olunan “Rusiya-Azərbaycan: qəlbi dostluğun sönməz alovu” adlı (Россия-Азербайджан: сердечной дружбы огонь негасимый) fotosərgi açılıb. APA-nın məlumatına görə, “RİA Novosti” informasiya agentliyin təşkil etdiyi fotosərgi Heydər Əliyev Fondun dəstəyi ilə keçirilir. “Flame Tower” kompleksində açılan sərgidə ziyarətçilər iki ölkə prezidentlərinin görüşündən, Azərbaycan mədəniyyət xadimlərin konsertlərindən çəkilən fotoşəkillərə baxmağa imkan əldə edərlər.

“RİA-Novosti” informasiya agentliyin Bakıdakı nümayəndəliyin rəhbəri Əziz Əliyevin sözlərinə görə, fotosərgi əsasən 4 mövzunu əhatə edir: “Burada “RİA Novosti” arxivində olan siyasi, mədəni, idman və janr üslubunda çəkilən 40-dan çox şəkil nümayiş olunur. Burada ən köhnə şəkil 1943-cü ildə, ən son kadrlar isə Kazanda keçirilən Universiadada çəkilib. Nəzərə alsaq ki Rusiya-Azərbaycan əlaqələrin 200 ildən çox tarixi var, biz bu mövzular ətrafında dayanmaya bilməzdik”.

Sərgi avqustun 15-də sona çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR