İsveçrə Azərbaycanda mikro sığorta layihələr reallaşdırmaq istəyir - FOTO

İsveçrə Azərbaycanda mikro sığorta layihələr reallaşdırmaq istəyir - <span style="color: red;">FOTO
# 15 noyabr 2013 15:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazir H.Əsədov Azərbaycan və İsveçrə Konfederasiyası arasında aqrar sahədə mövcud əməkdaşlıqdan danışıb.

Görüşdə İsveçrə Konfederasiyası ilə kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, aqraryönümlü təhsil müəssisələrinin tələbələrinin İsveçrə Konfederasiyasının müxtəlif fermer təsərrüfatlarında təcrübə keçmələri, magistratura təhsili alma imkanları və s. əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir H.Əsədov tədarük məntəqələrinin yaradılması və fermerlərin bura inteqrasiyası, heyvanların kəsim sexlərinin təşkilində məsləhətçilərin hazırlanması, uzunmüddətli treninqlərin keçirilməsi, ixtisaslı kadrların hazırlanması, süni mayalanma işlərinin təşkilinə, fermerlərin təlim mərkəzinin yaradılmasına ehtiyac olduğunu və bu sahədə ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.

İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru R.Şox istehsaldan istehlaka qədər xidmət işlərinin aparılması, biznes planların hazırlanmasına köməklik, süni mayalanma işlərinin həyata keçirilməsi, fermerlərin bilik və təcrübələrinin artırılmasına ehtiyac olduğunu bildirərək, bu məqsədlə peşə təlim mərkəzlərinin yaradılmasının vacibliyini qeyd edib.

O, kənd təsərrüfatı sahəsində sığorta sisteminin tətbiqi, hazırda Gürcüstanda mikro sığorta layihələrinin həyata keçirilməsi və bu layihələri gələcəkdə Azərbaycanda da tətbiq etməkdə maraqlı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR