«Nar Mobile» pulsuz dəqiqələr kampaniyasını davam etdirir

«Nar Mobile» pulsuz dəqiqələr kampaniyasını davam etdirir
# 01 avqust 2013 10:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) pulsuz dəqiqələr kampaniyasını davam etdirir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində istənilən «Nar» nömrəsini alıb və aktivləşdirən yeni abunəçi növbəti 12 ay ərzində hər ay ölkədaxili zənglər üçün 30 dəqiqə danışıq vaxtı qazanacaq. Təqdim olunan bonus dəqiqələr həm səsli, həm də video zənglərə şamil olunur. Abunəçi hədiyyə dəqiqələrini 30 gün müddətində istifadə edə bilər. İstifadə olunmayan bonus dəqiqələr növbəti aya keçirilmir.

Bonus dəqiqələr ay ərzində yalnız bir dəfə təqdim olunur və ilk ay üçün bonus nömrə aktivləşdirildiyi andan etibarən abunəçinin balansına avtomatik olaraq yüklənilir. Növbəti 11 ay ərzində isə bonuslar abunəçi balansını ən azı 2 manat dəyərində artırdıqda təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR