Tovuzda mağaza yanıb - VİDEO

Tovuzda mağaza yanıb - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2013 07:39 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda yanğın baş verib. Tovuz rayon Yanğından Mühafizə Hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə Tovuz rayonunun mərkəzində, Eldəniz Quliyev küçəsində rayon sakini Məhəmməd Zeynalova məxsus mağazada yanğın baş verib. Saat 22 radələrində başlayan yanğının söndürülməsinə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Təxminən 30 dəqiqə davam edən yanğın zamanı mağazanın 40 kvadrat metr sahəsi yanıb.

Yanğın söndürülüb. Hazırda yanğının baş vermə səbəbləri və mağaza sahibinə dəymiş ziyan araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR