APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi Avropa Komissiyasındakı mənbəyə istinadla məlumat yayıb.
“Avrokomissar Ukraynada baş verən son hadisələr fonunda bu ölkəyə planlaşdırdığı səfərini ləğv edib”, deyə mənbə bildirib. Onun sözlərinə görə, Ştefan Füle artıq Ukrayna müxalifətinin nümayəndələri ilə əlaqə saxlayaraq, onlara Avropa Birliyinin Ukrayna vətəndaşları qarşısında götürdükləri öhdəlikləri xatırladıb.