Ermənilər Tərtərdə kənd sakininin ot tayasını yandırıb - VİDEO

Ermənilər Tərtərdə kənd sakininin ot tayasını yandırıb - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 14:44 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Ermənistan Ordusu təmas xəttində yerləşən yaşayış məntəqələrinə zərər vurmaqda davam edir.

APA-nın məlumatına görə, düşmən bu gün Tərtərin cəbhəyanı Qapanlı kəndini atəşə tutub. Nəticədə kənd sakini Məhərrəm Nəbiyevin həyətində ot tayası od tutub. Hadisə yerinə Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin yanğınsöndürən briqadası cəlb olunub. Alovun yaxınlıqdakı evə və yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.

Yerli sakinlərin sözlərinə görə, son vaxtlar ermənilər yaşayış məntəqəsini daha çox işıqsaçan güllərlə atəşə tuturlar, ən azı evləri, görünən hədəfləri yandıra bilsinlər. Onlar hətta biçilməmiş zəmilər belə intensiv atəş altında saxlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR