İlaxır çərşənbəsində Bakıda 6 nəfər tonqal ətrafında yanıb - VİDEO

 İlaxır çərşənbəsində Bakıda 6 nəfər tonqal ətrafında yanıb - <span style="color: red;">VİDEO
# 19 mart 2014 07:47 (UTC +04:00)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, onlardan 5-nin yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin-tibbi yardım göstərilib. Həkimin sözlərinə görə, onların bəzilərinin əlləri yanıb, biri isə külək nəticəsində alov üzünə vurub və yüngül yanıq xəsarətləri alıb.

Z.Vahidova qeyd edib ki, tonqal ətrafında yananlardan birinin dərəcəsi ağır olduğuna görə Respublika Yanıq Mərkəzinə yerləşdirilib: “Hadisə ötən gün Bakının Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 10 yaşlı Aliyə Həsənova tonqalın üzərindən tullanarkən alovun üstünə düşüb. Onun aşağı ətraflarında, sol əlində ciddi yanıq xəsarətləri olduğu üçün Respublika Yanıq Mərkəzinə yerləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR