Rusiya nüvə başlıqları daşıya bilən qitələrarası ballistik raketi sınaqdan keçirib

Rusiya nüvə başlıqları daşıya bilən qitələrarası ballistik raketi sınaqdan keçirib
# 14 aprel 2014 14:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya çoxsaylı nüvə başlığı daşıya bilən RS-24 (Yars) qitələrarası ballistik raketini sınaqdan keçirib. APA-nın Moskva müxbirini xəbər verir ki, Rusiyanın ən Qərb nöqtəsindən atılan raket ən Şərq nöqtəsinə düşüb.

Rusiya Müdafiə Nazirliyi Strateji Təyinatlı Raket Qüvvələri komandanlığından verilən açıqlamada bu gün saat 09:40-da Finlandiya ilə sərhəddə yerləşən Arxangelsk bölgəsindəki Plesetsk kosmodromundan atılan raketin Kamçatka bölgəsində yerləşən Kura sınaq meydançasındakı hədəfi uğurla vurduğu bildirilib. Sınaqla bağlı açıqlama verən komandanlığın nümayəndəsi, polkovnik İqor Yeqorov bildirib ki, Votkinsk raket zavodunda istehsal edilən “Yars” tipli raketin sınaqdan keçirilməsi uğurlu şəkildə gerçəkləşib.

Qeyd edək ki, çoxbaşlıqlı RS-24 raketlərinin hərbi qüvvələrin balansına daxil olması ilə Rusiya, nüvə hücumundan müdafiə sistemini önəmli şəkildə gücləndirmiş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR