İran dəniz radarı istehsal edib

İran dəniz radarı istehsal edib
# 04 sentyabr 2013 10:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran ən müasir texnologiyalarla təchiz edilmiş dəniz radarı istehsal edib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin rəsmisi, general Əli Qulamzadə açıqlama verib.

Onun sözlərinə görə, hazırda yerli mütəxəssislərin istehsal etdiyi “Əsr” uzaq mənzilli radarı sınaqdan keçirilir: “Sınaqlar başa çatdıqdan sonra radar bəzi dəniz gəmilərinə quraşdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR