Gəncədə mağazadan soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO

Gəncədə mağazadan soyğunçuluq edən şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 05 noyabr 2013 14:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə paltar satılan mağazadan soyğunçuluq edilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində olan mağazada qeydə alınıb. Məlumata görə, bir neçə gün öncə saat 17 radələrində mağazaya girən naməlum şəxs, orada satıcı işləyən Qənirə Nəcəfovaya hədə-qorxu gələrək ondan pul və qızılı zorla alıb. Kəpəz rayon Polis İdarəsinə müraciətdən sonra hadisə ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, soyğunçuluğu Yevlax rayonunun Hürüşağı kənd sakini, 2007-ci ildə Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilən 47 yaşlı Kamandar Məmmədov edib. O, mağaza sahibinə hədə-qorxu gələrək ondan 400 manat pul və 10 qramlıq qızıl boyunbağını alıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Kamandar Məmmədov saxlanılıb. Onun barəsində 180.1 (soyğunçuluq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR