Lənkəranda folklor festivalı keçirilib - FOTO

Lənkəranda folklor festivalı keçirilib - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 22:08 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda Qəni Vəliyev adına şəhər Mədəniyyət Mərkə­zi­nin təşkilatçılığı ilə “Lənkəran payızı” II folklor festivalı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun mədəni-maarif müəssisələrində folk­lor və sənətkarlıq işi­nin daha da yax­şı­­laş­­dı­rıl­ması, qeyri-maddi mədəni irsin qo­ru­nub sax­lanılması və inkişaf et­di­­ril­­məsi, xalq sənətkarlığı nümunələrinə ma­ra­ğın daha da artı­rıl­ma­sı, eləcə də şifahi xalq ya­­ra­dı­cı­­lı­ğının gənc nəslə tanıdılması məq­sə­di­lə keçirilən tədbirdə 75 klubun folklor kollektivləri öz məharətini nümayiş etdirib.

Üç gün davam edən sənət yarışmasında fərqlənən kollektivlər Lənkəran şəhər bələdiyyəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR