Dow Jones indeksi 1,2%, S&P 500 indeksi 1,2%, Nasdaq indeksi 1,1% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 indeksi 1,2%, Nasdaq indeksi 1,1% yüksəlib
# 07 fevral 2014 06:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 15 629 bəndədək, S&P 500 1,2% - 1 773 bəndədək, Nasdaq 1,1% - 4 057 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında fevralın 6-da FTSE 100 indeksi 1,6% - 6 558 bəndədək, Almaniya DAX-ı 1,5% - 9 257 bəndədək, Fransa CAC-40-ı isə 1,7% - 4 188 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 261,50 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3590 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR