Azərbaycan prezidenti Bakıda istifadəyə verilən elektrik yarımstansiyası ilə tanış olub - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidenti Bakıda istifadəyə verilən elektrik yarımstansiyası ilə tanış olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2013 13:58 (UTC +04:00)

APA-Econimics”in məlumatına görə, “Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı prezidentə məlumat verib.

Dövlət başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompyuter vasitəsilə yarımstansiyanı işə salıb.

Diqqətə çatdırılıb ki, yarımstansiyanın istismara verilməsi ilə şəbəkənin gücü 8 faiz artıb, ümumiyyətlə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatıb. İstismara verilən yarımstansiyalar texniki və texnoloji baxımdan ən müasir avadanlıqla və idarəetmə sistemi ilə təmin olunub.

Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşdü.

Dövlət başçısı bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı gələcəkdə də ardıcıl tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR